CƏMİYYƏT
Marketdə qida məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşanlar yaxalanıblar
Bakı, 5 may, AZƏRTAC
Marketdə məhsulları yararsız hala salanlar yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyənləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.