İDMAN


Marko Reus Almaniya millisinin heyətində ən yaxşı futbolçu seçilib

Bakı, 5 yanvar, AZƏRTAC

“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Reus Almaniyanın millisinin heyətində ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı keçirilən səsvermədə 29 yaşlı yarımmüdafiəçi səslərin 33,9 faizini toplayaraq millisinin ən yaxşı futbolçusu adına layiq görülüb. “Bavariya”nın müdafiəçisi Coşua Kimmix 31 faiz, “Mançester Siti”nin hücumçusu Leroy Sane isə 10,3 faiz səs toplayıblar.

Marko Reus ötən il milli komandanın heyətində səkkiz oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib. O, Rusiyada keçirilən XXI dünya çempionatının qrup mərhələsinin üç oyununda milli komandanın heyətində meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.