İDMAN
Marko Verratti “Mançester Yunayted” ilə oyunda iştirak etməyə bilər
Bakı, 7 fevral, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun yarımmüdafiəçisi Marko Verratti UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Mançester Yunayted” ilə qarşılaşmada meydana çıxmaya bilər.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, buna 26 yaşlı yarımmüdafiəçinin məşq zamanı zədələnməsi səbəb olub.
Paris klubunun baş məşqçisi Tomas Tuxel Fransa mətbuatına açıqlamasında bildirib ki, Verratti sonuncu məşqi tamamlaya bilməyib.
Xatırladaq ki, “Paris Sen-Jermen”in digər futbolçusu Neymar yanvar 23-də Fransa Kubokunun onaltıdabir final mərhələsində “Strasburq” ilə oyunda zədələndiyi üçün on həftə yaşıl meydandan uzaqda qalacaq.
“Mançester Yunayted” və “Paris Sen-Jermen” klubları arasında qarşılaşma fevralın 12-də Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]