CƏMİYYƏT


Marneulidə azərbaycanlı gənclər üçün təlim keçirilib

Tbilisi, 9 avqust, AZƏRTAC

Marneulidəki “Çay evi”ndə (Tea House) “Wiki Club Marneuli” qrupunun gənc üzvləri üçün təlimlər keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən təlimlər “İnkişaf və Təhsil Mərkəzi”nin və “Wikimedia UG Gerogia” şirkətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə klubun yeni üzvlərinə layihə barədə məlumat verilib. Bildirilib ki, “Wiki Club Marneuli” 2019-cu ildə “İnkişaf və Təhsil Mərkəzi” ilə “Wikimedia UG Gerogia” arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandum əsasında yaradılıb. Klub vikipediyada Azərbaycana aid məlumatları gürcü dilinə tərcümə edərək gürcü vikipediyasına yerləşdirəcək. Bununla da həm gürcü vikipediyası zənginləşəcək, həm də Azərbaycana aid məlumatlar ictimaiyyətə doğru və düzgün təqdim olunacaq.

Təlim zamanı “Wikimedia UG Gerogia”nın rəhbəri Mehman İbrahimov gənclərə layihənin əhəmiyyəti, iş mexanizmi və vikipediyanın hazırlanması, məlumatların düzgünlüyünün öyrənilməsi və elmi əsaslarla ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə məlumat verib.

Təlimlərdə gənclər vikipediyada məlumatların yerləşdirilməsi qaydaları, praktiki işlər və s. barədə biliklərə yiyələniblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.