DÜNYA


Mart ayında Gürcüstanda inflyasiya 7,2 faizə yüksəlib

Tbilisi, 30 aprel, AZƏRTAC

Cari ilin mart ayında Gürcüstanda inflyasiya 7,2 faiz olub.

Fevral ayı ilə müqayisədə qiymətlər 4,2 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bankın məlumatına görə, inflyasiya və qiymət artımı bir neçə amil ilə əlaqədar olub.

Mütəxəssislər hesab edirlər ki, inflyasiyaya, ilk növbədə, koronavirus pandemiyası səbəbindən iqtisadiyyatda yaranan problemlər səbəb olub.

Ölkədə pandemiya səbəbindən yaranmış böhranın əhaliyə təsirini azaltmaq üçün kommunal xərclər üçün büdcədən subsidiyaların ləğvi, dünya bazarında benzinin qiymətinin artımı və milli valyuta larinin ucuzlaşması da qiymət artımına təsir edən əsas amillərdəndir.

Mart ayında qida məhsullarının qiyməti fevral ayı ilə müqayisədə 5,5 faiz bahalaşıb.

Ölkədə səhiyyə xidmətləri isə 13,6 faiz bahalaşıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.