REGİONLAR


Masallı Sənaye Məhəlləsində dörd ildə 13 milyon manatlıq məhsul istehsal edilib

Masallı Sənaye Məhəlləsində dörd ildə 13 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 7-si istehsal fəaliyyətinə başlayıb.

Bu barədə AZƏRTAC-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Sənaye məhəlləsində uşaq və mətbəx mebelləri, plastik, alüminium qapı-pəncərə, dekorativ divar örtükləri, taxta və dəmir məmulatları və digər məhsullar istehsal olunur. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, xaricə də göndərilir.

Masallı Sənaye Məhəlləsində qeydiyyata alınan rezidentlərin ümumi investisiya həcmi 15 milyon manata yaxındır. Burada dörd il ərzində 13 milyon manat dəyərində məhsul istehsal olunub.

Qeyd edək ki, ölkə ərazisində 5 rayonda – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərurda sənaye məhəllələri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.