REGİONLAR


Masallı məktəblisi “Virtual əlaçı” bilik yarışmasının qalibi olub

Masallı, 3 iyun, Bağır Əliyev, AZƏRTAC

“Virtual məktəb” portalında aprelin 15-dən keçirilən “Virtual əlaçı” bilik yarışmasında məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər həftə təşkil olunan yarışmada hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib adını qazanır və onaların adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan edilir.

“Virtual əlaçı” bilik yarışmasının VI həftənin nəticələrinə əsasən, Masallı rayonunun Xanalion kənd ümumi orta məktəbinin V sinif şagirdi Bahar Qədirova bilik yarışmasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.