REGİONLAR


Masallı taekvondoçuları açıq Bakı birinciliyində 1 qızıl və 1 bürünc medal qazanıblar

Masallı, 22 aprel, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən açıq Bakı birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “DAEDO İnternational” taekvondo sistemi ilə keçirilən və üç gün davam edən yarışda 2002-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Ölkəmizin 48 taekvondo bölmə və klublarını təmsil edən 550 idmançının qatıldığı açıq birincilikdə Masallı rayonu 4 yeniyetmə taekvondoçu ilə təmsil olunub.

Açıq birincilikdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Sevda Əzizova 41 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər Masallı idmançısı Yusif Əhmədzadə isə 45 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.