REGİONLAR
Masallıda “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub
Masallı, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual bilik oyunu üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bilik yarışının birinci mərhələsi Gənclər Mərkəzində, final mərhələsi isə “ASAN həyat” kompleksindəki ASAN İntellektual Mərkəzində keçirilib.
Rayon birinciliyində bütün mərhələləri uğurla başa vuran Təzə Alvadı 1 nömrəli tam orta məktəbin komandası birinci, Çaxırlı kənd tam orta məktəbin komandası ikinci, “Dəfinə” məktəb-liseyin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə Masallı rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr verilib.