REGİONLAR


Masallıda “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib

Masallı, 1 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayonun Dəmirçi kənd ümumi və Mahmudavar kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə əvvəlcə Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük hərbi-siyasi qələbə qazanması, Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar və nəticə olaraq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva və Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi İradə İmanbəyli, şagirdlərdən Sara Əliyeva və digərləri mövzu ilə bağlı danışıblar.

Onlayn tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.