REGİONLAR


Masallıda erkən nikahların qarşısının alınması yolları müzakirə olunub

Masallı, 20 aprel, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Boradigah qəsəbəsində keçirilən maarifləndirici tədbirdə "Erkən nikahların qarşısı alınmalıdır" mövzusunda müzakirələr aparılıb.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, qəsəbə sakinləri, müəllimlər, məktəblilər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirdə çıxış edərək ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, erkən nikahların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. O, Masallı rayonunda erkən nikahların qarşısının alındığını bildirib.

Aybəniz Qafarova, həmçinin gənclərin zərərli vərdişlərdən qorunmalarının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər erkən nikah hallarının qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə danışaraq, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd ediblər.

Çıxışlarda, həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışılıb.

Açıq müzakirələr şəklində davam edən tədbirdə iştirakçıların müzakirə edilən məsələ ilə bağlı təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.