REGİONLAR


Masallıda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Masallı, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 2263 baş inək süni yolla mayalandırılaraq, 1788 baş cins tərkibi yaxşılaşdırılmış sağlam bala alınıb.

Bu il də rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İndiyədək 1821 baş iribuynuzlu mal-qara mayalandırılaraq, 1364 baş bala alınıb.

Süni mayalanma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.