REGİONLAR


Masallıda məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyində 10 komanda yarışıb

Masallı, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Olimpiya Kompleksində məktəbli qızlar arasında keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Masallı Olimpiya Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda məktəbli qızlardan ibarət 10 komanda mübarizə aparıb.

Yarışda Hişkədərə kənd tam orta məktəbin komandası birinci, Ərkivan 2 nömrəli tam orta məktəbin komandası ikinci, Türkoba kənd tam orta məktəbin komandası üçüncü yeri tutub.

Qalib komandaların üzvlərinə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə hazırladığı diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.