REGİONLAR


Masallıda sahələrdən indiyədək 39 min tondan çox tərəvəz məhsulları yığılıb

Masallı, 14 iyul, Bağır Əliyev, AZƏRTAC

Bu il Masallı rayonunun torpaq mülkiyyətçiləri 2001,3 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1943,3 hektar sahənin məhsulu yığılıb. Rayonda indiyədək 39 min 196 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 202 sentner təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 9 min 169,9 ton xiyar, 10 min 520 ton pomidor, 501 ton kələm, 1677,9 ton baş soğan, 17 min 327,2 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 15 min 530,8 ton kartof, 1590,2 ton bostan məhsulları yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.