REGİONLAR
Masallıda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgisi açılıb
Masallı, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə açıq havada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Doğma yurdum Azərbaycan” mövzusunda istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgisi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə Masallı İncəsənət Məktəbinin, Rayon Rəsm Qalereyasının və digər təhsil müəssisələrinin yeniyetmə və gənc rəssamlarının müxtəlif mövzuda işlənmiş rəsmləri və əl işləri nümayiş olunub. Həmçinin gənc fırça ustalarının kətan üzərindəki rəsm prosesi böyük maraqla izlənilib.
Masallı İncəsənət Məktəbinin şagirdləri mərasimdə maraqlı musiqi nömrələri ilə çıxış ediblər.