REGİONLAR


Masallının Sərçuvar kəndində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Masallı, 9 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 9-da Masallı rayonunun Sərçuvar kəndində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü, həmçinin yeni körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərinə təbriklərini çatdırıblar.

Çıxışlarda ölkəmizdə gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından bəhs olunub. Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətini yüksək dəyərləndiriblər.

Tədbir uşaqların hazırladığı kosert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.