REGİONLAR


Masallının Şərəfə kəndində çiyələk yığımı xüsusi karantin rejiminin tələblərinə uyğun aparılır

Masallı, 21 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda çiyələk yığımına may ayının əvvəllərində start verilsə də, rayonun Şərəfə kəndində açıq sahələrdə bir neçə gündür mövsümün ilk məhsul yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər məhsul yığımını xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəlilik əsasında aparırlar.

Ötən illə müqayisədə çiyələk sahələrində məhsulun daha çox olduğunu söyləyən məhsul istehsalçıları, bunun səbəbini havaların daha isti keçməsi ilə əlaqələndirirlər.

Çiyələk sahələrində İsrail və Türkiyədən gətirilmiş məhsuldar “Albion” növü əkilib.

Fermerlər yığılan məhsulun satış qiymətindən də razıdırlar. Onlar sahələrdən yığılan çiyələyin bir kiloqramını 2 manat 50 qəpiyə satırlar.

Çiyələk məhsulu yerli bazarlarla yanaşı, Rusiyaya da ixrac edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.