CƏMİYYƏT


Masazır qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər həlak olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini E.İbrahimovun idarə etdiyi “VAZ-21715” markalı avtomobil və 25-30 yaşlı şəxsin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticədə motosikletin sürücüsü xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.