İDMAN


Massimiliano Alleqri “Barselona”nı Çempionlar Liqasının favoriti hesab edir

Bakı, 27 noyabr, AZƏRTAC

“Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri “Barselona”nın UEFA Çempionlar Liqasının qalibi olacağını deyib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis bunu turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində “Valensiya” ilə oyundan öncə açıqlayıb.

M.Alleqri bildirib: “Mənim fikrimcə, “Barselona” turnirin favoritidir. İspaniya klubundan sonra daha üç güclü komanda var ki, onların daxilində “Yuventus” da yer alıb. Ötən il turnirin favoritinin “Real” olduğunu demişdim. Madrid təmsilçisi turnirin qalibi oldu. Ümid edirəm ki, bu dəfə yanılaram”.

Qeyd edək ki, “Yuventus” 4 turdan sonra “H” qrupunda 9 xalla birinci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.