İDMAN


Massimiliano Alleqri yeni rekorda imza atıb

Bakı, 22 aprel, AZƏRTAC

İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri yeni rekorda imza atıb. O, dünya futbolu tarixində eyni klubla ardıcıl 5 dəfə çempion olmağı bacaran ikinci baş məşqçi olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssisin klubu İtaliya çempionatının 33-cü turu çərçivəsində öz meydanında “Fiorentina”nı qəbul edib. Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan “Yuventus” rəqibləri üçün əlçatmaz olub. Turin təmsilçisi bu nəticə ilə ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.

Qeyd edək ki, Alleqridən əvvəl bunu Miqel Munyos bacarıb. O, “Real Madrid” klubu ilə 1961-1965-ci illərdə İspaniya çempionatının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.