İDMAN


Maurissio Sarri gələn mövsümdən “Yuventus” klubunu çalışdıracaq

Bakı, 26 may, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Çelsi” klubunun hazırkı məşqçisi Maurissio Sarri 2019-2020-ci il mövsümündə “Yuventus” komandasını çalışdıracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Turin klubu 60 yaşlı mütəxəssis ilə üçillik müqavilə imzalayıb. Sarri bu transferdən sonra ən yüksək ödənişli məşqçilər siyahısında yer alacaq. İtalyan mütəxəssis illik 7 milyon avro qazanacaq. “Qoca sinyora” mayın 30-da bu keçidi rəsmən elan edəcək.

Maurissio 2018-ci ildən “Çelsi” klubuna rəhbərlik edir. O, klub ilə İngiltərə Premyer Liqasında üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.