İDMAN


Mauro İkardi “Yuventus” klubu ilə beşillik müqavilə imzalayıb

Bakı, 13 avqust, Nicat Məmmədov, AZƏRTAC

İtaliyanın “İnter” klubunun kapitanı Mauro İkardi “Yuventus” komandasına transfer olub.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. Müqaviləyə əsasən argentinalı futbolçu illik 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauro 2013-cü ildən “İnter” klubunun şərəfini qoruyur. O, “neradzura”nın heyətində 219 oyunda meydana çıxıb və 124 dəfə fərqlənməyə nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.