CƏMİYYƏT


Mayami Universitetinin doktorantı: Vətənə qayıtdığım üçün çox şadam

Bakı, 1 avqust, Elmir Səftərov, AZƏRTAC

Mən ABŞ-da yaşayıram. Mayami Universitetinin doktorantıyam. Vətənə qayıtdığım üçün çox şadam. Bu gün ilk olaraq Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Çox şadam ki, Azərbaycanda gözəl təəssüratlar yaşayıram. Bu təəssüratlarımı ABŞ-da əcnəbi dostlarımla, tanışlarımla bölüşəcəyim günü səbirsizliklə gözləyirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mayami Universitetinin azərbaycanlı doktorantı Yusif Qurbanlı söyləyib.

Yay Düşərgəsi çərçivəsində sabah Şuşaya yola düşəcəklərini vurğulayan həmvətənimiz qeyd edib: “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq, ermənilərin 30 ilə yaxın müddətdə Qarabağda törədikləri vəhşiliyi gözlərimizlə görəcəyik”.

Vətən müharibəsi dövründə Vaşinqtonda azərbaycanlıların aksiyasını təşkil etdiklərini söyləyən Y.Qurbanlı deyib: “Biz ABŞ-da yaşasaq da, qəlbimiz hər zaman Azərbaycanla döyünür və daim Vətənimizin yanındayıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.