CƏMİYYƏT


Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək VİDEO

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə mayın 25-də "YAŞAT" Marafonu keçiriləcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, marafonun təşkil olunmasında məqsəd qazilərimizə və şəhid ailələrinə dəstək olmaq üçün bütün dünya azərbaycanlılarını "YAŞAT" Fonduna ianə etməyə dəvət etməkdir.

Marafona dəvət məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondu videocarx hazırlayıb. Videonun təsviri belədir:

Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi.

Azərbaycan Diasporuna Dəstək Fondu və “YAŞAT” Fondu bu birliyə güvənərək şəhid və qazi ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir. Marafonda birliyimizi bir daha nümayiş etdirək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.