CƏMİYYƏT


Mayın 3-də 119 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Respublikasında mayın 3-də daha 119 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 24 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 517 min 42-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 303, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 739 nəfərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.