Mayk Tayson daha bir döyüş keçirmək istəyir
AzerTAg.az
Bakı, 2 dekabr, AZƏRTAC
Amerikalı boksçu Mayk Tayson daha bir döyüş keçirəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 54 yaşlı dəri əlcək ustası həmyerlisi Roy Consla keçirdiyi son görüşdə heç-heçə etdikdən sonra azarkeşlərini bu dəfə qələbə ilə sevindirmək istəyir. Mətbuata açıqlamasında o, rinqə qayıtdıqdan sonra nokauta düşmədiyinə görə çox sevindiyini bildirib. Məşhur boksçu hərçənd daha yaxşı çıxış edə biləcəyini düşündüyünü və növbəti dəfə Tanrının iradəsi ilə rinqdə daha güclü olacağını vurğulayıb.
Qeyd edək ki, M.Tayson R.Consla döyüşün nəticəsindən narazı qaldığı üçün rinqi qalmaqalla tərk edib.
Mayk Tayson 2005-ci, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. R.Con əvvəlki 75 görüşünün 66-dan qələbə, 9-dan məğlubiyyətlə ayrılıb. M.Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.

Xəbərin mətnində orfoqrafik səhv var