İDMAN


Mbappe dünyanın ən bahalı futbolçusu seçilib

Bakı, 5 noyabr, AZƏRTAC

“Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe “CİES Football Observatoru” araşdırma mərkəzinin təqdim etdiyi dünyanın ən bahalı futbolçuları siyahısında ilk pillədə qərarlaşıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, 2018-ci il dünya çempionatının qalibinin dəyəri 216,5 milyon avro təşkil edir. Mbappedən sonra ən bahalı oyunçu “Tottenham Hotspur” və İngiltərə yığmasının hücumçusu Harri Keyn hesab edilir (197, 3 milyon avro). İlk üçlüyü Paris klubunun hücumçusu Neymar qapayır (197 milyon avro).

CİES-in siyahısında ən bahalı futbolçular arasında ilk 10-luqda Məhəmməd Salah (“Liverpul”, 173 milyon avro), Filipp Koutinyo (“Barselona”, 171,3 milyon), Lionel Messi (“Barselona”, 170,6 milyon), Rahim Sterlinq (“Mançester Siti”, 164,6 milyon), Romelu Lukaku (“Mançester Yunayted”, 164,3 milyon), Dele Alli (“Tottenham”, 163,4 milyon) və Antuann Qrizman (“Atletiko”, 157,7 milyon) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.