McDonald's Rusiya bazarından çıxdığını elan edib
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
McDonald's kompaniyası Rusiya bazarından çıxdığını elan edib və RF-dəki biznesini satmağa başlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın bazar ertəsi günü PR Newswire portalında dərc olunmuş bəyanatında bildirilir.
“McDonald's Corporation bu ölkədə 30 ildən çox fəaliyyətindən sonra elan edib ki, Rusiya bazarından çıxır və özünün buradakı biznesinin satılması prosesinə başlayıb”, - deyə bəyanatın mətnində qeyd olunur.
Bununla yanaşı, TASS agentliyinə məlumat verən mənbə bildirib ki, McDonald's işçi kollektivini, restoranlar şəbəkəsini və menyusunu saxlamaqla, Rusiyada fəaliyyətini iyunun ortalarında yeni brend altında bərpa edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var