REGİONLAR


Məcburi köçkün: Tezliklə uzun illərdir həsrətində olduğumuz torpaqlara qayıdacağıq

Tərtər, 11 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız üçün şanlı tarix yazdı. İşğalçı Ermənistan məğlub olduğunu qəbul etdi. İmzalanan müqaviləyə görə bir neçə gündən sonra doğma yurdum Kəlbəcər azad olacaq. Tezliklə uzun illərdir həsrətində olduğumuz torpaqlara qayıdacağıq. Niyyət etmişəm, Kəlbəcərə piyada gedəcəyəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Gülşən Ağayeva deyib. O bildirib ki, 27 il keçsə də doğma yurda qayıtmaq inamını itirməyib: "Aradan uzun illər keçsə də, Kəlbəcərə qayıdacağımıza hər zaman inanmışıq, bu arzu-istək ilə yaşamışıq. Şükür olsun bu günümüzə. Artıq 27 illik həsrətimiz bitir. Çox sevinirik. Sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Var olsun bu sevinci bizə yaşadan Prezidentimiz, var olsun ordumuz".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.