CƏMİYYƏT


Məcburi köçkünlər Dağlıq Qarabağda ilk tibbi yardım üzrə təlim keçiblər

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisindəki Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər.

Təlimçi həkimlər məcburi köçkünlərin suallarını cavablandırıb, onlara ilk tibbi yardımın xüsusiyyətləri və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

General-mayor Hikmət Həsənovun şəxsi nəzarəti altında aparılan təlimə tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyev rəhbərlik edib.

Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk tibbi yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır.

Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.