Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü

Məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü

Məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində salınan sayca 16-cı qəsəbədə və sonuncu fin qəsəbəsinin ləğvi ilə əlaqədar inşaat işləri uğurla davam etdirilir

Bakı, 30 avqust, AZƏRTAC

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizdə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək müxtəlif sahələrdə qayğılarının yüngülləşdirilməsi üçün bu gün də istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunda nəzərdə tutulmuş vəsaitlər hesabına davamlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bu cür tədbirlər dövlətimizin başçısının 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Elə bunların nəticəsidir ki, indiyədək istər bölgələrdə, istərsə də Bakı şəhərində və ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış məhəllələri inşa edilərək bu təbəqədən olan soydaşlarımızın istifadəsinə verilib.

Bu baxımdan həyata keçirilən tədbirlər Füzuli rayonundan olan məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynayıb. Ən başlıcası isə digərlərindən fərqli olaraq bu rayonun məcburi köçkün həyatı yaşayan vətəndaşları öz doğma torpaqlarına qayıdaraq orada məskunlaşıblar. Onu da xüsusi vurğulamaq lazımdır ki, Füzuli rayonundan məcburi köçkün düşərək çadırlarda, yük vaqonlarında məskunlaşmış rayon sakinlərinin doğma torpaqlarında məskunlaşdırılması ideyası da məhz Ümummilli Liderimizin adı və uzaqgörənliyi ilə bağlıdır. Belə ki, Ulu Öndərin hələ 7 sentyabr 2001-ci il tarixdə imzaladığı “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam, Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq ilk növbədə rayonun Haramı ərazisində hər birində 200 ailənin yerləşdirilməsi üçün 800 ailəlik 4 yaşayış qəsəbəsi tikilib, çadır düşərgələrində, yük vaqonlarında məskunlaşan füzulili məcburi köçkünlərin bir qismi həmin qəsəbələrə köçürülüb.

Bu təbəqədən olan soydaşlarımızın bir qisminin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq infrastrukturlar da daxil olmaqla yaşayış qəsəbələrinin tikilməsi, məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün hər bir ailəyə həyətyanı və əkin torpaq sahələrinin ayrılması istiqamətində həyata keçirilən dövlət siyasətinin davamı olaraq Ümummilli Liderimizin əvvəlki fərmanından cəmi bir neçə ay sonra - 13 may 2002-ci il tarixli Fərmanı ilə Füzuli rayonu ərazisində hər birində 200 ailə olmaqla 1211 ailəlik daha 6 yaşayış qəsəbəsi salınaraq onların ixtiyarına verildi ki, bunlarla da məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində dövlət siyasətinin demək olar əsası qoyuldu.

Ulu Öndərimizin bu sahədə yürütdüyü siyasətin davamı kimi ölkəyə rəhbərliyi dövrünün ilk günlərindən başlayaraq bu təbəqədən olan soydaşlarımızın bütün problemlərinə gündəlik qayğı və diqqət göstərən Prezident İlham Əliyev də bütün bölgələrdən olan məcburi köçkünlər kimi, füzulilərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına hərtərəfli qayğı göstərməkdədir. Dövlətimizin başçısının bu sahə ilə bağlı imzaladığı Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq rayonun Zobucuq ərazisində bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilmiş daha beş yaşayış qəsəbəsi də bu deyilənləri təsdiqləyir.

Hələ 2008-ci ildə istifadəyə verilmiş və açılışında Prezidentin də iştirak etdiyi yaraşıqlı və müasir standartlara cavab verən 2104 ailəlik bu qəsəbələrin sakinləri də yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər. Ümumilikdə indiyədək rayonun ərazisində salınmış qəsəbələrdə 4250 məcburi köçkün ailəsi, 21 min nəfər məskunlaşıb ki, bütün bunlar da dövlətimizin başçısının Füzulidən olan soydaşlarımıza qayğısının təzahürüdür.

Elə Füzuli rayonu ərazisində bu gün inşası uğurla davam etdirilən 400 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş sayca 16-cı qəsəbə də məhz bu qayğı və diqqətin real nəticəsidir. Qəsəbə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş "Əlavələr"in 1.1-ci bəndinə müvafiq olaraq inşa edilir. Rayonun ərazisində sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan bu qəsəbədə işlər hazırda sürətlə və yüksək keyfiyyətlə aparılır.

Qeyd edək ki, bu günədək ölkəmizdə 15 fin qəsəbəsi mövcud idi. Onlardan 14-ü artıq ləğv edilib, 15-ci fin qəsəbəsi isə bu il ərzində ləğv ediləcək və orada məskunlaşmış məcburi köçkünlər yeni tikilən bu müasir qəsəbəyə köçürüləcəklər. Layihəyə əsasən qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla 400 mənzil olacaq. Sifarişçi təşkilat kimi təyin olunmuş Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu tərəfindən inşa edilən yeni qəsəbənin ərazisində, həmçinin 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir, geniş yol-küçə şəbəkəsi inşa olunur. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz ediləcək ki, bu işlər də paralel şəkildə aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə gündəlik qayğı və diqqət yetirdiyini və bütün bunları daim öz həyatlarında hiss etdiklərini xüsusi vurğulayan məcburi köçkünlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək daim dövlətimizin başçısına arxalandıqlarını, Ali Baş Komandan kimi Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, bütün məcburi köçkünlərimiz kimi füzulilərin də doğma yurdlarına qayıdacaqlarına əminliklərini bildirirlər. Cari ilin aprelində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun düşmənə layiqli cavabı, bir həmlə ilə işğal altında olan 2 min hektar ərazini azad etməsi onlarda bu əminliyi daha da artırıb.

Ölkəmizin bir saylı probleminə dövlət başçısının bu cür qayğı və diqqəti, həmçinin bunların nəticəsi olaraq onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan uğurlu addımlar, bu istiqamətdə görülən işlərin miqyası bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan artıq qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının bütün problemlərini özü həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilib. Bu deyilənlər məcburi köçkünlərimizin real həyatında da özünü büruzə verməkdədir.

Məcburi köçkünlər torpaqların düşmən işğalından tam azad olunmasını səbirsizliklə gözləyirlər. Onlarda bu əminlik gün bə gün artır və Azərbaycanı qısa müddətdə dünyanın sürətlə inkişaf edən ölkəsinə çevirən Prezident İlham Əliyevin bu istiqamətdə mütəmadi olaraq apardığı işlər bu günün çox da uzaqda olmamasına inamı artırır. Xalqın, ordunun və Prezident İlham Əliyevin monolit birliyində məcburi köçkünlərin xüsusi yeri var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi