MƏDƏNİYYƏT


“Mədəni gənclik” layihəsinin iştirakçıları Akademik Rus Dram Teatrında

Bakı, 11 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri may-iyun ayları ərzində beş mədəniyyət ocağında tamaşa və konsertlərə baxmaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Mədəni gənclik”ə ilk ev sahibliyini S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı edəcək. Gələcəyin sahibləri may ayının 12-də “çör-çöp yığan” Müsyö Jordanla “şarlatan” Məstəlişahın əyləncəli və düşündürücü mübarizəsinə tamaşa edəcəklər. Həm də sadəcə, baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar. Hətta istəsələr, baxdıqları tamaşalar haqqında məqalə də yazacaqlar. Yazıların dərc olunmasını isə Mədəniyyət qəzeti və Teatro.az sənət portalı öz üzərinə götürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.