ELM VƏ TƏHSİL


Mədəni irsimizin qorunmasında və təbliğində ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda ikinci respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə daim xüsusi önəm verdiyini vurğulayan akademik N.Vəlixanlı Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Muzey direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva təmsil etdiyi qurumun maarifçiliyin və elmi irsin təbliği sahəsindəki fəaliyyətindən söz açıb.

Sonra MATM-ın şöbə müdiri, professor Əli Rəcəblinin “Şirvanşah – Səfəvi konfrantasiyası (numizmatik faktlar əsasında)”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sektor müdiri Pakizə Almazovanın “Heydər Əliyevin mədəni irsimizin qorunması və təbliğində rolu”, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Aygün Hacıyevanın “Azərbaycan Milli Kitabxanasının nadir və qiymətli ədəbiyyat fondu” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılmasında əvəzsiz rolundan bəhs ediblər.

Sonra bölmə iclasları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.