Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət milli birliyin formalaşmasında böyük rol oynayır

Müasir innovasiyalar resursların qənaətlə istifadəsinə, fəaliyyətin optimallaşdırılmasına və qarşıya qoyulan məqsədlərin reallaşmasına xidmət edir

Bakı, 25 may, AZƏRTAC

Son dövrlər ölkəmiz beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətin ifadəsidir. Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirlərin reallaşmasında Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir.

Bu tədbirlər, həmçinin ölkəmizə turist axınına təkan verən əsas amillərdən biri kimi dəyərləndirilə bilər. Son illər Azərbaycanda turizmin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi ölkə başçısının diqqət mərkəzindədir. Verilən qərarlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları bunun əyani göstəricisidir. Bu sahədə işlərə birbaşa cavabdeh olan Mədəniyyət və Turizm Nazirliyi demək olar ki, Azərbaycanda turizm sənayesinin inkişafı və təbliği istiqamətində böyük səylə çalışır. Məhz ölkəmizdə turizm sahəsində görülən işlər və həyata keçirilən islahatlar, turistlər üçün viza sisteminin sadələşdirilməsi, xaricdə fəaliyyət göstərən turizm bürolarının fəaliyyəti bu sahənin inkişafına xidmət edir.

Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov AZƏRTAC-a verdiyi geniş müsahibəsində bütün bu işlərlə yanaşı, ictimai məsələlərin həllində istifadə edilən mexanizmlərdən, mədəniyyət və turizm sahəsində tətbiq edilən innovativ metodlardan, ölkəmizdə turizm sənayesinin inkişafı üçün görülən tədbirlərdən danışıb. Həmçinin nazirlikdə həyata keçirilən struktur dəyişiklikləri, informasiya texnologiyalarından səmərəli istifadə, nazirliyin QHT-lərlə əməkdaşlıq məsələlərinə aydınlıq gətirib.

- Son zamanlar ictimai məsələlərin həllində bilavasitə mədəni mexanizmlərdən istifadəyə tez-tez rast gəlirik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Həqiqətən də, ictimai proseslərdə mədəni mexanizmlərdən istifadə hazırda çox aktualdır və bir çox ölkələrdə tətbiq olunur. Konfliktlərlə dolu müasir dünyamızın humanitar çağırışlara ehtiyacı var. Belə çağırışlar neqativ tendensiyaları yumşaldaraq narahat dünyanın region və ölkələrini bir-birinə yaxınlaşdırır. Bu prosesin ayrılmaz hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dialoqun təşviqinə yönələn və beynəlxalq müstəvidə aktiv şəkildə dəstəklənən fəaliyyətini qeyd edə bilərik. Çünki bu siyasət özlüyündə xalqlar və ölkələr arasında inteqrasiyaya, yaxınlaşmaya, dünyanın üzləşdiyi real təhlükələrin və qlobal problemlərin həllinə xidmət edir.

Mədəni mexanizmlərdən danışarkən, ilk növbədə, ölkəmizdə ənənəvi olaraq keçirilən və artıq beynəlxalq münasibətlər müstəvisində özünəməxsus yer tutan Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirləri qeyd etmək olar. Çox şadam ki, ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirlərin reallaşmasında Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir. Mədəniyyət milli birliyin formalaşmasında böyük rol oynayır. Mədəniyyət, eyni zamanda milli ideologiyanın tərkib hissəsi kimi onun möhkəmləndirilməsinə xidmət edir. Bu səbəbdən də mədəniyyətin perspektivliyi, mədəniyyət siyasəti xüsusi vurğulanmağa ehtiyacı olmayan vacib bir amildir.

- Nazirlik qarşısında duran vəzifələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının fəaliyyətindən geniş şəkildə istifadə edilirmi?

- Qeyri-hökumət təşkilatları (QHT) ilə işləmək dövlətimizin strateji istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq hökumətin fəaliyyətində şəffaflığın və demokratik dəyərlərə sadiqliyin göstəricisidir. Qeyd etmək yerinə düşər ki, bu sektor son illərdə Azərbaycanda mühüm inkişaf yoluna qədəm qoyub. Təbii ki, ölkə rəhbərliyinin böyük dəstəyi və diqqəti olmasaydı, QHT-lər bu qədər inkişaf edib şaxələnə bilməzdi.

Bundan əlavə, QHT-lərlə işləmək yeni yaradıcı ideyalara yol açır. Əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyi də böyük potensiala malik belə təşkilatlarla aktiv şəkildə işləyir. Çünki bu sahə kreativ və mobildir. Çox vaxt üzləşdiyimiz problemlərin həlli yolunda məhz bu keyfiyyətlər köməyimizə çatır. Axı bu sahələr bir-biri ilə sıx əlaqəlidir. Mədəniyyət və turizm müasir tendensiyaları özündə əks etdirən dinamik sahələrdir. Ona görə də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq demokratiyanın inkişaf etdiyi ölkələr üçün hər zaman prioritet olacaq. Sevindirici haldır ki, mədəniyyət və turizm ildən-ilə QHT-lər üçün də populyar və tələb olunan mövzulara çevrilir. Onların bu istiqamətdə layihələrə cəlb olunması nazirliyin qarşısında duran prioritet məsələlərdən biridir.

- Hazırda innovativ metodlardan istifadə günün tələbinə çevrilib. Mədəniyyət və turizm sahəsində bu metodların tətbiqi öz həllini tapa bilirmi?

- Bu, qaçılmaz prosesdir. İnnovasiyalara, yeniliyə yox demək sənayenin bütün sahələrində durğunluq yarada bilər. Bu hal dünya tarixində də dəfələrlə öz təsdiqini tapıb. Bizə gəldikdə isə, demək istərdim ki, innovasiyalar və islahatlar nazirliyin bütün fəaliyyət sahələrində özünə yer tapa bilib. Bu, həm idarəçilikdə, həm informasiya texnologiyalarının tətbiqində, həm də turizm sahəsində həyata keçirilən təkmilləşmə prosesində, ölkənin elmi institutları ilə əməkdaşlıqda geniş vüsət alıb. Biz dünyada gedən dəyişikliklərin tempinə uyğun olaraq müasir dövrdə baş verən yeniliklərlə uzlaşmağa səy göstəririk.

Bu kontekstdə təşkilati yeniliklərdən danışmaq istərdim. Həmin yeniliklər nazirliyin qarşısında duran məsələlərin həllində maksimal effektivliyin əldə olunmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazirliyin strukturunda aparılan dəyişikliklər - regional mədəniyyət və turizm idarələrinin, Milli Turizm Təbliğat Bürosunun yaradılması və s. idarəçilikdə innovativ vasitələrdən istifadənin sübutudur. Söhbətimizin bu məqamında nazirlik sistemində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin işini də vurğulamaq yerinə düşərdi. Mərkəz yerlərdə mədəniyyətin vəziyyətini təsbit edir, mədəniyyət müəssisələrinin işinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Elmi-metodik araşdırmalar və elmi müəssisələrlə aktiv şəkildə əməkdaşlıq təcrübi yeniliklərə yol açır. Bütün bunlar isə mədəniyyət müəssisələrinin işinə daha da vüsət verir. Bir sözlə, yeni innovasiyalar resursların qənaətlə istifadəsinə, iqtisadi islahatlara, fəaliyyətin optimallaşdırılmasına və qarşıya qoyulan məqsədlərin realizə olunmasına xidmət edir.

- 2017-ci ilin əvvəlində nazirliyin strukturunda yeni islahatlar həyata keçirildi. İstərdik bu barədə məlumat verəsiniz.

- Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq struktur islahatları həyata keçirildi. Nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə yanaşı, 2017-ci ilin yanvarından 15 regional mədəniyyət və turizm idarəsi də fəaliyyətə başladı. Həyata keçirilən bu struktur islahatları ölkəmizin mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Təbii ki, ölkəmizdə həyata keçirilən yeniliklər regional idarələrin işinin təşkilində də tətbiq edilməlidir. Yerlərdə mədəniyyətin, eləcə də turizmin inkişafı birbaşa onların işinin keyfiyyətindən asılıdır. Yeni yaradılan regional idarələrin əldə etdiyi nəticələrin təhlil edilməsi, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün yerlərdə hər ay müşavirələr keçirilir. Regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulması məqsədilə yerlərdə çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunur, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndirilir. Aparılan islahatlar regionlarda turizm sənayesinin inkişafına, turizm klasterlərinin və yeni turizm marşrutlarının yaradılmasına da müsbət təsir göstərir.

Öncə də qeyd etdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, Azərbaycana təşrif buyuran qonaqların mədəni istirahətinin təşkili üçün rəngarəng mədəniyyət proqramları, layihələr reallaşdırılır. Yeni yaradılan regional mədəniyyət və turizm idarələri də bu tədbirlərə öz töhfələrini verir. Regional idarələrin ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.

Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatlar davam etdiriləcəkdir. Mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması da diqqətdə saxlanılır.

- İnnovasiyalardan danışarkən informasiya texnologiyalarının rolunu da vurğulamaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyində bu sahəyə necə yanaşılır?

- İnformasiya texnologiyaları nazirliyin fəaliyyətində strateji əhəmiyyət kəsb edən sahələrdəndir. Buna misal olaraq bilavasitə nazirliyin rəhbərliyinin təşəbbüsü ilə reallaşan bir sıra işləri qeyd etmək istərdim. Mütəmadi şəkildə regional mədəniyyət və turizm idarələrinin saytları yenilənir, aktual informasiyalarla təmin olunur. Qlobal internet məkanında ölkəmizin maddi-mədəni irsinin təbliğatı aparılır, reklam çarxları yayımlanır. Bundan əlavə, milli mədəni irs nümunələrimizin mənimsənilməsinin qarşısının alınması məqsədilə xarici ölkələrin də internet resurslarının monitorinqi aparılır. Təbii ki, bu xüsusda ölkə başçısının təşəbbüsü ilə yaradılan “Elektron hökumət” proqramını vurğulamaq lazımdır. Xatırladım ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı (http://mct.gov.az) 2016-cı ildə hökumət informasiya portalları arasında ən yaxşılardan olmuşdur. Bu istiqamətdə xidmətlərimizin daha da genişləndirilməsini davam etdirəcəyik. Bütün bunlar operativlik və şəffaflığın artırılmasına xidmət edir. Bu gün dünyada gedən informasiya mübarizəsini də diqqətdə saxlayırıq. Biz gərək xarici internet resurslarında əks olunan informasiyalara adekvat cavab verə bilək. İnternet məkanı milli mədəniyyətin təbliği üçün ideal vasitədir. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Yeni layihələrimiz var ki, onların vasitəsilə milli dəyərlərimizin mənimsənilməsinin qarşısı alınacaqdır. Bütövlükdə mədəniyyət siyasətinin reallaşdırılmasında informasiya texnologiyalarının potensialından səmərəli istifadə olunmalıdır.

- Ölkəmizdə turizm sənayesinin inkişafı üçün hansı işlər görülür?

- Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin turizm sənayesi də böyük inkişaf yolu keçib. Xüsusilə son illər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı turizm sektorunun şaxələnməsinə imkan yaradıb. Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr həyata keçirilib. Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi isə bu sahə üçün yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran və gələcək inkişafını təmin edəcək çox mühüm müddəalar yer alıb.

Həmçinin 2012-ci ildən elektron viza sisteminin yaradılması, eləcə də bir sıra ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin, 2017-ci ilin yanvarından “ASAN viza” sisteminin tətbiqi xarici turistlərin Azərbaycana daha rahat şəkildə səfər etmələrinə şərait yaradıb. Bu gün Azərbaycan mədəni, sağlamlıq, dağ-xizək, idman, işgüzar, ekoloji, ov və çimərlik kimi ən fərqli turizm növləri üzrə dünyanın müxtəlif ölkələrindən turistləri cəlb edir. Ölkəmizdə dünyanın məşhur brend otelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.

- Nazirliyin diqqət mərkəzində olan hansı perspektivli sahələri qeyd edə bilərsiniz?

- Praktiki olaraq bu gün bütün istiqamətlər strateji cəhətdən əhəmiyyətlidir. Məgər gənc nəslin estetik tərbiyəsi, milli mədəniyyətin təbliği, ölkənin beynəlxalq imicinin formalaşması vacib məsələlər deyil? Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan turizm sənayesi bu gün xüsusilə diqqət mərkəzindədir. Eləcə də kino sənayesi, kitab çapı, muzey işi və s. bütün bu istiqamətlər də diqqət tələb edən sahələrdir və onların təbliğatı vacibdir. Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıqdır. Çünki mədəniyyətin təbliğində media hər zaman xüsusi rola malikdir.

Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib