MƏDƏNİYYƏT


Mədəniyyət naziri Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb

Bakı, 7 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən danışıb və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və tədbirlərlə bağlı qonaqlara məlumat verib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyi haqqında danışan nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Eyni zamanda, nazir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Nuri-didə Ceyhun” pyesi haqqında məlumat verib. Qeyd edib ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.

Ceyhun Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirərək məmnunluğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.