ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetinin magistraturasına qəbul olanların qeydiyyatına başlanılıb

Bakı, 7 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul olanların qeydiyyatına başlanılıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU-nun magistratura səviyyəsi üzrə boş qalan yerlərinə qəbul olanlar onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri elektron formada [email protected] ünvanına göndərməlidirlər:

-Şəxsiyyət vəsiqəsi (PDF);

-Bakalavr diplomu və ya cari ilin məzunları üçün ali məktəbi bitirmə haqqında arayış (PDF);

-Bakalavrın magistraturaya qəbul imtahanının nəticə vərəqi (DİM-də şəxsi kabinetdən yükləmək) (PDF);

-Bakalavrın DİM-in saytındakı şəxsi kabinetinə daxil olmaq üçün istifadəçi adı və şifrəsi;

-3x4 sm ölçüdə rəngli fotoşəkil;

-Təhsil haqqı ödənişinin qəbzi (PDF);

-Əlaqə vasitələri (mobil və ya ev telefonu, elektron poçt);

-Təhsil haqqı ödənişindən azad olan imtiyazlı şəxslərin (şəhid, məcburi köçkün, valideyn hüququndan məhrum olmuş, Qarabağ və 20 Yanvar əlili övladı statusu olanlar) notarial qaydada təsdiq edilmiş sənədləri (PDF).

Qeyd:

-ADMİU-nun magistratura səviyyəsinə qəbul olanlar 2020-ci il sentyabrın 4-dən 9-dək onlayn qeydiyyatdan keçməlidirlər.

-Qeydiyyatla bağlı suallarla əlaqədar [email protected] elektron poçt ünvanına müraciət edilə bilər.

-Təhsil haqqı ödənişi “Kapital Bank”ın filiallarında və ya bu bankın ödəniş terminallarında həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.