CƏMİYYƏT


Media Hərəkatının üzvləri maarifləndirici aksiya keçiriblər

Bakı, 29 iyun, AZƏRTAC 

“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının üzvləri koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində maarifləndirici aksiya keçiriblər. Hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

“Bir nəfəri belə qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş olduq”, - deyə İ.İbrahimova qeyd edib.

Xatırladaq ki, nazirliyin mətbuat katibinin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb və 100-dən çox media təmsilçisi və jurnalist bu hərəkata qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.