Mehdiabad musiqi məktəbində fərqlənənlər mükafatlandırılıblar
AzerTAg.az
Sumqayıt, 17 iyun, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbində keçirilən pedaqoji şuranın iclasında cari tədris ilində fərqlənən müəllim və şagirdlər mükafatlandırılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, il boyu öz fəallığı ilə seçilən bir neçə müəllim və şagird məktəbin ictimai işlərində göstərdikləri iştiraka və qazandıqları nailiyyətlərə görə fəxri fərmanla təltif ediliblər.
Məktəbin direktoru Təranə İbrahimova səmərəli fəaliyyətə görə təşəkkür edərək mükafatları verib. O, təltif olunanlar arasında beynəlxalq müsabiqələrdə, rayon tədbirlərində məktəbi layiqincə təmsil edən, müvəffəqiyyət qazanan şagird və müəllimlərin əməyini xüsusi ilə vurğulayıb.

Xəbərin mətnində orfoqrafik səhv var