İQTİSADİYYAT
Məhəmməd Barkindo: 2020-ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barreli ötəcək
Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC
2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barreli ötəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.
O qeyd edib ki, 2020-ci ilə qədər qlobal neft tələbatının gündəlik 100 milyon barreli ötəcəyi proqnozlaşdırılır. 2040-cı ilə qədər isə bu göstərici 111 milyon barrel səviyyəsinə çatacaq. Bu artan tələbatın əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən formalaşacaq.
“Yaxın gələcəkdə neft və qaz dünya enerji səbətində böyük rol oynayacaq. Neft-qaz 2040-cı ilə qədər dünya enerji səbətinin təxminən 52 faizini təşkil edəcək. 2040-cı ilə qədərki dövrdə ümumi enerji tələbatı 35 faiz artacaq”, - deyə M.Barkindo əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]