İDMAN


Məhəmməd Salah İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu olub

Bakı, 8 yanvar, AZƏRTAC

“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Eden Hazard, Harri Keyn, Rikardo Pereyra, Pol Poqba və Markus Raşfordu qabaqlayıb.

Cari mövsümdə “Liverpul” klubunun heyətində üçüncü futbolçu bu mükafatın qalibi olub. Avqustda Sadio Mane, noyabrda isə Virgil van Diyk ayın ən yaxşı futbolçusu adına layiq görülüblər.

Məhəmməd Salah dekabrda “Liverpul”un heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.