DÜNYA


Meksikada içərisində 791 miqrant olan 4 yük maşını saxlanılıb

Vaşinqton, 17 iyun, AZƏRTAC

Meksikanın hakimiyyət orqanları bazar günü elan ediblər ki, ölkənin immiqrasiya xidmətinin əməkdaşları Mərkəzi Amerikadan 4 yük maşınında ABŞ-Meksika sərhədinə tərəf gələn 800-ə yaxın miqrantı saxlayıblar. AZƏRTAC Meksika Milli Miqrasiya İnstitutunun məlumatına istinadla xəbər verir ki, yük maşınlarının sürücüləri həbs edilib.

Bildirilir ki, Meksika miqrasiya xidmətinin 1000 nəfər agenti Meksikanın beynəlxalq sərhədlərini keçən başqa ölkə vətəndaşlarının viza sənədlərini yoxlamaq üçün ölkənin şimal və cənub sərhədlərinə göndərilib. Bundan sonra miqrantların saxlanılması başlanılıb.

İmmiqrasiya xidməti agentlərinin sayının artırılması ABŞ ilə Meksika arasında iyunun 7-də imzalanmış sazişdə nəzərdə tutulub. Həmin sazişə görə, Tramp administrasiyası Meksikadan idxal edilən bütün mallara 5 faizlik tarif tətbiq etmək planlarını həyata keçirməməli, Meksika hökuməti isə bunun müqabilində Mərkəzi Amerikadan gələn miqrantların ABŞ-Meksika sərhədini keçmələrinə mane olmaq üçün müvafiq tədbirləri gücləndirməlidir.

Sözügedən saziş Birləşmiş Ştatların cənub-qərb sərhədindən bu ölkəyə keçmək istəyən miqrantlar axınının güclənməsi fonunda imzalanıb. ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosu may ayında ölkənin sərhədində 132.887 qeyri-leqal miqrantın saxlandığını elan edib. Beləliklə, ABŞ sərhədini keçməyə çalışan miqrantların sayı aprel ayındakı 99.304 nəfər və keçən ilin oktyabr ayındakı 51.008 nəfərlə müqayisədə xeyli artıb.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.