DÜNYA


Meksikada zəlzələ qurbanlarının sayı 286 nəfərə çatıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente ölkədə çərşənbə axşamı günü baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayının 286 nəfərə çatdığını bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mexiko şəhərində 148, Morelos şəhərində 73, Pueble şəhərində 45, Mexiko ştatında 13, Gerrero ştatında 6, Oahake ştatında 1 nəfər həyatını itirib. Hakimiyyət orqanları bir qədər əvvəl bildiriblər ki, zəlzələdən sonra onlara insanların itkin düşməsi barədə 200-ə yaxın müraciət daxil olub.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də qeydə alınıb. Ölkənin cənubunda baş verən güclü zəlzələ paytaxt Mexikoda da ciddi dağıntılar törədib.

Təbii fəlakətdən ziyan çəkmiş bölgələrdə ordu hissələrinin iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.