ELM VƏ TƏHSİL


Məktəb direktoru vəzifəsinə işə qəbulun müsahibə mərhələsinə başlanılır

Məktəb direktoru vəzifəsinə işə qəbulun müsahibə mərhələsinə başlanılır

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə dekabrın 7-dən start veriləcək.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 42 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Cari il üzrə direktorların işə qəbul müsabiqəsinin test imtahanlarında müvafiq keçid balını toplamış 4 namizəd də müsahibə mərhələsində iştirak edə biləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir. Hər meyar üzrə keçid balı 3-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.