REGİONLAR


Məktəb və uşaq bağçalarında ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb

Naxçıvan, 13 sentyabr, AZƏRTAC

Muxtar respublikanın bütün yaşayış məntəqələrində məktəblər və bağçalar üçün müasirtipli binalar istifadəyə verilib. Sevindirici haldır ki, həmin müəssisələrin hər birində uşaqlara ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb. Bu da, təbii ki, səhiyyə işçilərinin öz vəzifələrini yerinə yetirmələri üçün geniş imkanlar açır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində məktəb və uşaq bağçalarında tibbi xidmətin təşkili ilə əlaqədar keçirilən tədbirdə səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səsləndirib.

Samrat Gəncəyeva muxtar respublikada fəaliyyət göstərən məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili ilə bağlı yaradılan şəraitdən bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək vurğulayıb ki, muxtar respublikada təhsil sahəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Təhsil sistemində uğurlu islahatlar aparılması ilə yanaşı, müasirtipli binalarda fəaliyyət göstərən təhsil ocaqlarında oxuyan məktəblilərin sağlamlıqları da diqqətdə saxlanılır. Bu məqsədlə məktəblərdə tibb işçilərinin səmərəli fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb.

Sonra Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva məktəb və bağçalarda tibbi xidmətin təşkili ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Digər çıxış edən səhiyyə işçiləri də məsələ ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.