ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün məşğələ planı təsdiqlənib

Bakı, 11 avqust, AZƏRTAC

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

- Oktyabrın 1-dən yanvarın 26-dək birinci yarımil

- Fevralın 1-dən mayın 31-dək ikinci yarımil.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- payız tətili: 16-20 noyabr (5 gün);

- qış tətili: 27-31 yanvar (5 gün);

- əlavə tətil: 1-5 may (5 gün).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.