ELM VƏ TƏHSİL


Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat

Bakı, 13 oktyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 13 şagirdin, işçi heyətdən 3 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 14 şagird, işçi heyətdən 4 nəfər isə koronavirusa yoluxub. 5 sinifdə dərslər əyani formaya qaytarılıb. 4 məktəbdə və 2 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Xatırladaq ki, respublika üzrə 24 məktəbdə və 52 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.