ELM VƏ TƏHSİL
Məktəblərdə IV İslam Həmrəyliyi Oyunları təbliğ olunur
Bakı, 11 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kompaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə şagirdlərə IV İslam Həmrəyliyi Oyunları və yarışlara qatılacaq ölkələr barədə məlumat verilir. Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsindən bəhs olunur.
Görüşlərin keçirilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaqdır.
Görüşlərdə oyunların təşviqatını aparmaq üçün seçilmiş idmançı və ulduz səfirlər, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri iştirak edirlər.