ELM VƏ TƏHSİL


Məktəblərdə laborant işləmək istəyən 1483 nəfər imtahan verib

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunan test imtahanında 1483 nəfər iştirak edib.

İmtahanda namizədlərə informatika üzrə 20, qanunvericilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığının cavablandırıması üçün 100 dəqiqə vaxt verilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.