ELM VƏ TƏHSİL
Məktəblərə işə qəbul üzə test imtahanında 1000-dən çox namizəd iştirak edib
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 12 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunan test imtahanında 1359 nəfər iştirak edib.
İmtahanda kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə namizədlərə 40 test tapşırığının cavablandırılması üçün 80 dəqiqə vaxt verilib.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.