Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Məktəblilər Göygöl və Şəmkir rayonlarından zəngin təəssüratlarla ayrılıblar VİDEO

Göygöl-Şəmkir, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiyaya çıxan Sumqayıt, Qaradağ, Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan məktəblilər noyabrın 14-də Göygöl və Şəmkir rayonları ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tur–aksiya iştirakçıları Göygöl rayonuna gəliblər. Qonaqları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Şəhərlə tanışlığa tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada Ümummilli Liderin həyatını, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Şagirdlərə bildirilib ki, muzeydə gənclər üçün xalçaçılıq və bədii biçmə-tikmə evləri, həmçinin kinozal fəaliyyət göstərir.

Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, vaxtilə alman koloniyaçıları tərəfindən tikilən kilsə hazırda muzey binası kimi fəaliyyət göstərir. Burada nümayiş olunan tarixi eksponatlar, xüsusilə vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar şagirdlərdə böyük maraq yaradıb.

Azərbaycan Dövlətinin Rəmzləri Muzeyi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Məktəblilər muzeydə Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı dövrlərini əks etdirən eksponatlara baxıblar. Məlumat verilib ki, muzeydə Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş ayrı-ayrı dövlətlərin xəritələri və bayraqları, o cümlədən müxtəlif illərdə qəbul olunmuş konstitusiyalar nümayiş etdirilir.

İştirakçıların Göygöl rayonu ilə tanışlığı çərçivəsinə səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub. Azərbaycan təbiətinin incisi ilə tanışlıq şagirdlərə xoş təsir bağışlayıb. Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə insanın gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi məktəblilərdə bu yerlərə böyük maraq yaradıb.

Göygöllə tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları daha sonra Şəmkir rayonuna səfər ediblər.

Məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verilib ki, böyük İpək Yolu üzərində yerləşən bu qədim şəhər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəllər kiçik ərazidə aparılan arxeoloji qazıntı işləri sonradan 28 hektar ərazidə davam etdirilib. Az müddətdə ərazidən böyük şəhər mədəniyyətinin qalıqları ilə bərabər xeyli sayda maddi mədəniyyət nümunələri də üzə çıxarılıb. Hazırda qədim şəhər ərazisində arxeoloji qazıntı işləri beynəlxalq arxeoloqlarla birlikdə davam etdirilir.

Sonra Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb. Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar. Məlumat verilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq yaradıb.

Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Burada şagirdlərə Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.

Sonda tur-aksiya iştirakçıları IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi ilə keçirilən aksiyaya qoşularaq Şəmkir şəhər parkında 500-ə yaxın şam ağacı əkiblər.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Astaradan olan qrupun rəhbəri Emin Fətəliyev məktəblilərin Şəmkir rayonundan zəngin təəssüratlarla ayrıldıqlarını bildirib.

Astara rayon Təngərüd kənd tam orta məktəbinin XI sinif şagirdi Bəxtiyar Səmədov isə deyib ki, bu layihə onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır. “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də ölkəmizin hər bir guşəsi gözəldir. Doğma Vətənimizi qarış-qarış gəzir, tarixi abidələrlə tanış oluruq. Bu abidələr haqqında kitablardan çox oxumuşuq. İndi isə əyani şəkildə görür, biliklərimizi daha da zənginləşdiririk”, - deyə məktəbli vurğulayıb.

Göygöl və Şəmkir rayonlarından zəngin təəssüratlarla ayrılan tur-aksiya iştirakçıları noyabrın 15-də Gəncədən öz rayonlarına yola düşəcəklər.

Məktəblilər Göygöl və Şəmkir rayonlarından zəngin təəssüratlarla ayrılıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib